office.simmedpharma@gmail.comAbşeron rayonu. Masazır, Yeni Bakı Yaşayış kompleksi 4F
Simmed pharma
Əlaqə nömrəsi+994 50 783 63 67
office.simmedpharma@gmail.comFacebook
Məhsullara qayıt
CİNKOFER 30 kapsul
Məhsul məlumatı

CİNKOFER 30 kapsul

(Qida əlavəsi)Tərkibi: Dəmir........................50 mqSink............................10 mqFol turşusu.............200 mkq Sianokobalamin.........1 mkqVitamin C……………30mqXüsusiyyətləri:Dəmir oksigen daşıyıcısı olan he...

AktivStatus
SimmedPharma portfeli
Ətraflı məlumat

CİNKOFER 30 kapsul haqqında

(Qida əlavəsi)
Tərkibi:
Dəmir........................50 mq
Sink............................10 mq
Fol turşusu.............200 mkq
Sianokobalamin.........1 mkq
Vitamin C……………30mq

Xüsusiyyətləri:
Dəmir oksigen daşıyıcısı olan hemaqlobinin tərkibinə daxil olmaqla toxuma və hüceyrələri oksigenlə təmin edir. CİNKOFERin tərkibində dəmir ikivalentli fumarat birləşməsi şəklindədir. Fumarat birləşməsi digərlərindən mədə turşuluğuna görə davamlılığı və yüksək biomənimsənilməsi ilə fərqlənir. Dəmir fumarat bağırsaq mühitində oksidləşmədiyinə görə ağızda pas dadı vermir, mədədə qıcıqlanma yaratmır.
Sink DNT, RNT və zülal sintezində katalizator olan 200-dən çox fermentin tərkibinə daxil olduğu üçün yeni hüceyrələrin, o cümlədən, eritrositlərin əmələ gəlməsində bilavasitə rol oynayır. Orqanizmdə dəmirin depolanması prosesinə nəzarət edir. Güclü antioksidant effekti sayəsində sərbəst radikalların eritrosit membranına olan dağıdıcı təsirinin qarşısını alır. Bağırsaqlarda su-ion balansını bərpa edərək dəmirin sorulmasını asanlaşdırır. Toxumalarda inkişaf və böyümə prosesslərini sürətləndirir, uşaqların fiziki və əqli inkişafına təsir göstərir.
Fol turşusu eritrositlərin yaranmasında, purin və pirimidinlərin sintezində iştirak edir, normallaşdırır. Orqanizmdə fol turşusunun kifayət qədər olması, qan hüceyrələrinin normal miqdarını təmin edir. Eyni zamanda sinir hüceyrələrinin qidalanmasında vacib rola malikdir.
Sianokobalamin (Vitamin B12) fol turşusu ilə birlikdə hemoqlobinin zülal hissəsinin sintezində iştirak edir. Zülal, yağ və karbohidrat mübadiləsində vacib rol oynayır. Bir çox fermentlərin sintezi üçün vacibdir. Qlikolizi sürətləndirir. Sinir liflərinin mielin qişalarının formalaşmasını, karotinin retinola (Vitamin A) keçməsini təmin edir.
C vitamini dəmirin bağırsaqlardan sorulmasına cavabdeh vitamin olaraq onun orqanizmdəki mübadiləsində əvəzsiz rola malikdir. Eyni zamanda dəmir defisiti zamanı aşağı düşən iştahanı normallaşdırır. C vitamini immun sistemini gücləndirir, eləcə də, antioksidant olaraq orqanizmi sərbəst radikalların mənfi təsirlərindən qoruyur.
CINKOFER dəmir, fol, B12 defisitli anemiyanın qarşısını alır, fiziki və zehni iş qabiliyyətini, eləcə də, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

Göstərişləri:
-Müxtəlif defisitli anemiyaların müalicəsi və profilaktikası
-Uzun sürən xəstəliklərdən (diareya, qurd xəstəlikləri, lyambliyoz və s.) sonra bərpa dövrü
-İmmun sistemini gücləndirmək məqsədilə
- İntensiv inkişaf dövrü
- Hamiləlik, laktasiya, menorragiya, qanitirmə ilə müşayiət olunan hallar
- Orqanizmin dəmirə və sinkə tələbatının artdığı digər hallar

İstifadə qaydası:
12 yaşdan yuxarı. uşaqlar və böyüklər: 1 kapsuldan gündə 1 dəfə.

Əks göstərişləri:
Preparatın tərkibinə qarşı yüksək həssaslıq, hemolitik anemiyalar.

Əlavə təsirləri:
Nadir hallarda ürəkbulanma, qusma, dispeptik əlamətlər ortaya çıxa bilər.

Buraxılış forması:
CİNKOFER Kapsul №30

İstehsalçı:
“APHARMA SAĞLIK ÜRÜNLƏRİ ”A.Ş, Türkiyə.

Digər məhsullar

Oxşar məhsullara baxın